Az    |     Ru    |     En
      

2020-ci ildə Bakı şəhəri, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.

 

Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ümumi uzunluğu 157.7 km olan Xəzər (20 km), Sabunçu (15 km), Binəqədi (30km) və Abşeron (29.2 km) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31.6 km) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10.5 km) və Sumqayıt (21.4 km) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir.

 

Bundan əlavə dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə ümumi uzunluğu 171.5 km olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır:

- Xəzər r-nu – 34.4 km;
- Xətai r-nu – 23.8 km;
- Binəqədi r-nu – 16.1 km;
- Qaradağ r-nu – 15.45 km;
- Nərimanov r-nu – 9.15 km;
- Nizami r-nu – 4 km;
- Nəsimi r-nu – 8.27 km;
- Sabunçu r-nu – 22.54 km;
- Sabail r-nu – 8.79 km;
- Suraxanı r-nu – 17.94 km;
- Yasamal r-nu – 7.13 km;
- Pirallahı r-nu – 4 km.

 

2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301.5 km km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.

06.02.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin