Az    |     Ru    |     En
      

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolları, küçə və prospektlərin təmiri və yenidən qurulması istiqamətində işlərini davam etdirir.

 

Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.

 

Tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdi ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

 

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla 1000 m uzunluğunda genişləndirilib. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Bu çərçivədə prospektə 1000 p/metr beton səki daşı qoyulub.

 

Prospektdə işlər “İnşaat norma və standartları”na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünəı qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

 

Prezident İlham Əliyevin sərəncamına əsasən, anoloji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami Gəncəvi və Qalubiyyə küçələrində start verilib, Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrində isə nəzərdə tutulur.

 

Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qalubiyyə küçəsində və Nizami Gəncəvi küçəsinin bir hissəsində təmir artıq yekunlaşdırılıb. Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, ortalama eni 10 m, Nizami Gəncəvi küçəsinin təmiri yekunlaşmış hissəsinin uzunluğu 0.6 km, ortalama eni isə 12 m təşkil edir. Bu küçələr üzrə ümumi asfaltlanacaq ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.

 

Ölkə başçısının sərəncamına əsasən növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.

 

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

21.01.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin