Az    |     Ru    |     En
      

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 4-8 dekabr tarixlərində keçirilən “World Raw Powerlifting” dünya çempionatında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkadaşı Nicat Xosrovzadə birinci yerə layiq görülüb.

 

Nicat Xosrovzadə 125 kq çəki dərəcəsində 360 kq ağırlığı qaldıraraq birinciliyi əldə edib və bayrağımızı dalğalandırıb.

 

AAYDA-nin rəhbərliyi və kollektivi adından əməkdaşımızı qələbə münasibəti ilə təbrik edir, ona gələcək idman karyerasında uğurlar arzu edirik!

18.12.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin