Az    |     Ru    |     En
      

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 20 noyabr 2019-cu il tarixində Şəmkir rayonunda vətəndaşları qəbul edib.

 

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Şəmkir RİH-nin başçısı Alimpaşa Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Daha sonra Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəmkir Gədəbəy rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Daşkəsən rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. 

 

Daşkəsən rayonunda keçirilən qəbul zamanı sözügedən rayondan olan vətəndaşların müraciətinə baxılıb.

 

Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

 

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

 

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

20.11.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin