Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabr ayının 18-də Qazax rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Tovuz rayonunda vətəndaşları qəbul edəcəklər.

 

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 12:00-da Qazax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Qazax və Ağstafa rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Tovuz şəhərində saat 11:00-da "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Tovuz  rayonunun sakinləri iştirak edə bilərlər.

 

Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

 

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

 

14.10.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin