Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabr ayının 20-də Sabirabad rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli rayonunda vətəndaşları qəbul edəcəklər.

 

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Sabirabad şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Sabirabad və Saatlı rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız İmişli rayonunun sakinləri iştirak edə bilərlər.

 

Saat 10:00-da başlanılacaq hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

 

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

16.09.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin