Az    |     Ru    |     En
      

         Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyada zolaqlarının yenidən rənglənməsi və yeni piyada zolaqlarının çəkilməsi işləri aparılıb. Bu işlər piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədi ilə “Azəryolservis”ASC tərəfindən paytaxtın 91 küçə və prospektində həyata keçirilib. Xüsusi olaraq məktəblərin yerləşdiyi küçə və prospektlərdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bununla da piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsi təmin edilib.

          Bundan başqa Bakı şəhərində  28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri də çəkilib.

14.09.2015

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin