Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyun ayının 21-də Qax rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən rayonunda vətəndaşları qəbul edəcəklər.

 

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Qax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasındasaat 10:00-da keçiriləcək. Qəbulda Qax və Zaqatala rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Balakən rayonunun sakinləri iştirak edə bilərlər.

 

Qəbullar zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

14.06.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin