Az    |     Ru    |     En
      

Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yolları boyunca yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, yeni yaşıllıqlar salınır. 

 

Bu çərçivədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirib.

 

Aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarına isə 85 min müxtəlif növ ağac, gül və kol bitkiləri əkilib.

 

Beləliklə son 4 ay ərzində paytaxtın və respublikanın avtomobil yollarının mühafizə zolağında 96 min müxtəlif növ ağac və kol bitkisi əkilib. Bununla da yollarının mühafizə zolağında olan ağac və kol bitkisinin sayı 1 mln. 349 min 097 ədədə çatıb.

 

Əkilən ağacların böyük hissəsi AAYDA-nin tinglik sahələrində yetişdirilib.

 

Qeyd edək ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

 

10.05.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin