Az    |     Ru    |     En
      

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

 

Avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.

26.04.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin