Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov aprel ayının 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edəcək.

 

Qəbul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında saat 11:00-da keçiriləcək. Qəbulda Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

12.04.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin