“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri aparılır

7 Mart 2019- 16:47
11 “Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri aparılır

 Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir. 

 

 Təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir. Bu ərazidə yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı.  Aparılan işlər bu maneənin aradan qaldırılmasına yönəlib. 
 

İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa ediləcək.

 

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.