Az    |     Ru    |     En
      

Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Bakıda ümumxalq yürüşü keçirilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da yürüşdə iştirak ediblər.

 

Dövlət agentliyinin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər.

 

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

26.02.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin