Az    |     Ru    |     En
      

          Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2018-ci il 419 nömrəli Sərəncamına əsasən  Lerik  rayonun  9 min 100 nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini əhatə edən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş,  bu məqsədlə 11.3 milyon manat vəsait ayrılmış və avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

          

                                     Avtomobil yolunun əsas göstəriciləri:

 Yolun texniki dərəcəsi -  IV;

Hərəkət hissəsinin eni - 6,0 m;  

Hərəkət zolaqlarının sayı - 2 ədəd;

Hərəkət zolağının eni  - 3,0 m;

Çiyinin eni -  2 x (1,0-2 m);

Torpaq yatağının eni  - 8,0-10,0 m.

                                                         

                                         Yolun konstruksiyası:

- Əsasın alt layı,  karxana çınqıl qarışığı, qalınlığı  - 20 sm;

- Əsasın üst layı, optimal qum- çınqıl  qarışığı, qalınlığı  - 16 sm;

- Asfalt-beton örtük  2 laydan ibarət (7+5 sm) qalınlığı  - 12 sm.

 

                               Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

Torpaq işləri - 352,6 min m3;

Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum-qırmadaş sərf edilmişdir - 498,1 min m3;

Müxtəlif diametrli dəmir-beton suötürücü borular quraşdırılmışdır -  605 pm;

2 laydan ibarət örtüyün tikintisinə asfalt-beton qarışığı sərf edilmişdir - 34,6 min ton;

Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır - 62 ədəd;

Siqnal dirəkləri quraşdırılmışdır - 360 ədəd;

Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir - 50,8 km.

                      

              Dağlıq ərazidə  yerləşən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi,  əhatə etdiyi  yaşayış məntəqələrinin  rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın,  kənd təsərrüfatının habelə turizmin  inkişafında,  mühüm əhəmiyyət kəsb edəcək, yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

            Lerik  rayonunun Piran-Hamarat-Vıjaker avtomobil yolunun  tikintisi  işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “45 № li Yol İstismari ”MMC tərəfindən yerinə yetirilmişdir.

14.02.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin