Az    |     Ru    |     En
      

      Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2018-ci il 418 nömrəli Sərəncamına əsasən Lənkəran rayonunun 7 min 400 nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş,  bu məqsədlə 9,1 milyon manat vəsait ayrılmış və avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

          

                               Avtomobil yolunun əsas göstəriciləri:

Yolun uzunluğu  - 22,0  km;

Yolun texniki dərəcəsi  - IV;

Hərəkət hissəsinin eni  - 6,0 m;  

Hərəkət zolaqlarının sayı - 2 ədəd;

Hərəkət zolağının eni - 3,0 m;

Çiyinin eni - 2 x (1,0-2 m);

Torpaq yatağının eni - 8,0-10,0 m.

                                                         

                                         Yolun konstruksiyası:

- Əsasın alt layı,  qum-qırmadaş qarışığı, qalınlığı  - 24 sm;

- Əsasın üst layı, optimal qum- çınqıl  qarışığı, qalınlığı - 16 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 sm.

 

                              

                                           Aşağıda göstərilən işlər yerinə yetirilmişdir

  • Torpaq işləri   - 192,0 min m3;
  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum-qırmadaş sərf edilmişdir - 394.5 min m3;
  • Müxtəlif diametrli dəmir-beton suötürücü borular quraşdırılmışdır - 781 pm;
  • 2 laydan ibarət örtüyün tikintisinə asfalt-beton qarışığı sərf edilmişdir- 170 min ton
  • Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır - 56 ədəd;
  • Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir - 30 km.

                      

              Dağlıq ərazidə yerləşən, eləcə də Qoruq ərazisindən keçən  Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi,  əhatə etdiyi  yaşayış məntəqələrinin  rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın,  kənd təsərrüfatının habelə turizmin  inkişafında,  mühüm əhəmiyyət kəsb edəcək, yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

            Lənkəran rayonunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun  tikintisi  işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “7 № li Magistral Yolları İstismarı ”MMC tərəfindən yerinə yetirilmişdir.

14.02.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin