Az    |     Ru    |     En
      

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində 2018-ci il 05 dekabr tarixindən etibarən 1 (bir) ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılaraq. (Hərəkət dayandırılmır)

 

Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.

04.12.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin