Daha iki küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib

3 Dekabr 2015- 00:00
11 Daha iki küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib

         Ölkə başçısının tapşırığına əsasən, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış küçələrin təmiri məsələsi “Azəryolservis” ASC-nin rəhbərliklərinin hər zaman diqqətdə saxladığı məsələdir.

 

        Bunun nəticəsidir ki, 2015-ci ilin əvvəlindən indiyə qədər 40-dan artıq belə küçə təmir olunub.

 

         Binəqədi rayonunda yerləşən bu cür küçələrdən ikisi də təmir edilərək tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Bu Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələridir.

 

         Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən Ağasadıq Gəraybəyli  küçəsinin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir. Köhnə asfalt-beton örtüyünün əvəzinə 2 qat olmaqla ümumilikdə küçənin 12845 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

        

          Küçə boyu zəruri olan yerlərdə təqribən 980 paqon-metr yeni səki daşı düzülüb. Bundan başqa təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

       

         Anoloji işlər Səttar Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinri işləri küçənin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində aparılıb. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə 500 paqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6000 kvadrat metr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.   

     

         Qeyd edək ki, sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri ( su, istilik, qaz, elektrik və rabitə ) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

     

        Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb, işıqlandırma sistemləri işlək vəziyyətə gətirilib.

 

XƏBƏRƏ AİD FOTOLAR

 

XƏBƏRƏ AİD VİDEO