Az    |     Ru    |     En
      

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km hissəsində avtomobil yolunun yenidən qurulması ilə əlaqədar olaraq  təhlükəsizlik sədlərinin təmiri və dəyişdirilməsi işləri aparılır.

 

İşlər bir neçə gün ərzində səhər saatlarından başlayaraq axşam saatlarına qədər davam etdiriləcək. 

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

28.08.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin