Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

16 May 2018- 17:37
11 Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

AAYDA və BNA-nin birgə məlumatı.

 

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.