Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işləri aparır. Hacıqabul rayonunda bu layihələr çərçivəsində cari ildə magistral, kənd və qəsəbə yollarının yenidənqurulması və bərpası ilə bağlı 3 yol infratsrukturundan 2-də işlərə başlanılıb və yüksək keyfiyyətlə davam etdirilir. Bunlardan biri Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yoludur.

 

Hacıqabul rayonunda bu il reallaşdırılması nəzərdə tutulan yo infrastrukturu layihələri 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108.7 km uzunluğa malikdir.

 

Bu çərçivədə 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.

 

Əvvəllər torpaq örtükülü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq.

 

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən yenidən qurulan yolun tkintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa olaraq nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazimi sayda texnika və canlı qüvvə cəlb olunub.         

 

Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur.  Layihəyə uyğun yolun çiyinlərinin hər bir istiqamət üzrə eni 2 m və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək.

 

Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşası yekunlaşmaq üzrədir. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri isə qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. 

 

Torpaq işlərinə paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Artıq yolun 30 km-ə yaxın hissəsində asfaltlanma işləri bitib. Ümumilikdə isə 300 min m2 ərazinin asfaltlanması işləri aparılacaq. Asfalt döşənən ərazilərdə çiyin hissələrin bərkidilməsi işləri də görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 paqon-metr müxtəlif diametrli dəmir-beton borular da quraşdırılır. 

 

Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq. 

04.04.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin