Az    |     Ru    |     En
      

           Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 iyul tarixli 3129 №-li  Sərəncamına əsasən 15 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş,  bu məqsədlə 6.8 milyon manat vəsait ayrılmış və avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

           Yolun ümumi uzunluğu 25 km-dir və IV texniki dərəcəyə uyğun olaraq tikilmişdir.

 

Avtomobil yolunun əsas göstəriciləri:

Yolun ümumi uzunluğu - 25 km

Yolun texniki dərəcəsi - IV

Hərəkət hissəsinin eni  - 6.0  m  

Hərəkət zolaqlarının sayı - 2 ədəd

Hərəkət zolağının eni - 3,0 m

Çiyinin eni  - 2,0 x 2,0 m

Torpaq yatağının eni  - 10 m

 

Yolun konstruksiyası:

Əsasın alt layı - çınqıl, qalınlığı  - 10 sm;

Əsasın üst layı - qırmadaş, qalınlığı - 15 sm;

Asfalt-beton örtük 2 laydan ibarət (6+4 sm) qalınlığı - 10 sm;

 

 

Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

Torpaq işləri   - 41.8 min m3

Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum, qırmadaş sərf edilmişdir  - 71.78 min m3

45 ədəd müxtəlif diametrli dəmir-beton və metal suötürücü borular quraşdırılmışdır - 525.5 pm

2 laydan ibarət örtüyün tikintisinə asfalt-beton qarışığı sərf edilmişdir - 38 min ton

Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır  - 432 ədəd

Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir - 29 948 m

                   Avtomobil yolunun tikintisi əhatə etdiyi 17 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

27.03.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin