Az    |     Ru    |     En
      

 “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bu məqsədlə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşıdırılıb. Artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

      Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kvadrat metrdən çox asfalt-beton örtüyü döşənib.

      “Azəryolservis” ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.


16.09.2015

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin