Az    |     Ru    |     En
      

Yolun texniki göstəriciləri:

 

Yolun uzunluğu – 23.5 km

Yolun texniki dərəcəsi - IV

Hərəkət hissəsinin eni bərkidici zolaq ilə –6 m   

Hərəkət zolaqlarının sayı -2 ədəd

Hərəkət zolağının eni -  3 m

Çiyinin eni -2,0 m

Torpaq yatağının eni – 10 m

 

 

           Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin 22 fevral və 2014-cü ilin 2 mart tarixli Sərəncamlarına əsasən Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinə Qax Rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış, 2016-cı il 22 avqust tarixində cənab Prezidentin imzaladığı 2282 nömrəli Sərəncamla sözügedən avtomobil yolunun tikintisi işlərinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Yolun uzunluğu 23,5 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.

 

 

                                              Yolun konstruksiyası:

 

- Əsasın alt layı – qum-çınqıl qarışığından, qalınlığı - 20 sm;

- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 15 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (8+4 sm) qalınlığı - 12 sm;

 

 

                               Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

  • Torpaq işləri –  70,1 min m3;
  • Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 58,8 min  m3 çınqıl və qum-qırmadaş qarışığı sərf edilmişdir;
  • Müxtəlif diametrli 9 ədəd su ötürücü borular tikilmişdir – 102 metr;
  • 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə  - 40,6 min ton asfalt-beton qarışığı sərf edilmişdir;
  • 468 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır;
  • 166 ədəd müxtəlif yol nişanları və 16 ədəd göstərici lövhələr quraşdırılmışdır;
  • Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir – 70 500 m.

 

Bu yolun tikintisi 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

 

04.08.2017

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin