Nobel prospektində rənglənmə işləri aparılacaq

2 May 2017- 00:00
11 Nobel prospektində rənglənmə işləri aparılacaq

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

 

Üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00 - dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.

 

 "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.