Bakı-Qazax avtomobil yolunda rənglənmə işləri aparılır

1 May 2017- 00:00
11 Bakı-Qazax avtomobil yolunda rənglənmə işləri aparılır

          “Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi məqsədi ilə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi  üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə         qismən məhdudlaşdırılacaq.

 

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.