Bu gecə Həsən Əliyev küçəsində rənglənmə işləri aparılacaq

25 Aprel 2017- 00:00
11 Bu gecə Həsən Əliyev küçəsində rənglənmə işləri aparılacaq

          Piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün axşam 22:00-dan etibarən Nəsimi rayonu, Həsən Əliyev küçəsində də üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. 

 

          Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.