DİQQƏT! Bu küçələrdə hərəkət məhdudlaşdırılır

31 Mart 2017- 00:00
11 DİQQƏT! Bu küçələrdə hərəkət məhdudlaşdırılır

Piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.