Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışı nəticəsində iki əməkdaşımız həlak olub MƏLUMAT

19 Sentyabr 2023- 06:53
11 Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışı nəticəsində iki əməkdaşımız həlak olub

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir.

Allah rəhmət eləsin!