Gecə saatlarında magistralda xətlənmə işləri aparılacaq MƏLUMAT

12 İyul 2023- 11:38
11 Gecə saatlarında magistralda xətlənmə işləri aparılacaq

Bu gün gecə saat 23:00-dan səhər saat 05:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı km-lik hissəsində (“Şamaxinka”-“VAZ dairəsi”) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək. 

Nişanlanma xətlərinin yenidən rənglənməsi bir neçə gün davam etdiriləcək və işlər yalnız gecə saatlarında aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Xatırladaq ki, bundan öncə sözügedən magistral yolun 16-30.5-ci km-lik hissəsində də hər iki istiqamətdə analoji işlər aparılıb. 

YOLUNUZ AÇIQ OLSUN...