Sürücülərin nəzərinə! MƏLUMAT

7 İyul 2023- 11:20
11 Sürücülərin nəzərinə!

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Vaz dairəsi” adlanan hissəsindən “Sumqayıt dairəsi” adlanan hissəsinədək hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilir. Xətlərin yenilənməsi bir neçə gün davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.