Bu yolda hərəkət məhdudlaşdırılacaq MƏLUMAT

25 İyun 2023- 13:35
11 Bu yolda hərəkət məhdudlaşdırılacaq

26 iyun saat 23:00-dan 27 iyun saat 06:00-dək  Azadlıq Prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.