Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

10 May 2023- 13:11
11 Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur.

Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də dərin hörmətlə yad edilib. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq agentliyin kollektivi inzibati binada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.