Sürücülərin nəzərinə! MƏLUMAT

22 Mart 2023- 11:05
11 Sürücülərin nəzərinə!

23 mart saat 08:00-dan 24 mart saat 22:00–dək Bakı şəhəri Nizami rayonu, Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.