8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib

7 Mart 2023- 15:21
11 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib

8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində tədbir keçirilib. 

Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Saleh Məmmədov bütün qadınları agentliyin kişi kollektivi adından 8 - Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib. 

Bildirib ki, bu gün Azərbaycan qadını həm gözəl Ana, həm də fəal ictimai xadimdir. Azərbaycan Qadını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhvə verib. 

Qadınların fədakar əməyinə, cəmiyyətdəki roluna hər zaman çox böyük qiymət verildiyi, onlara daim qayğı ilə yanaşıldığı vurğulanıb. 

Bayramınız mübarək olsun!