“Çağrı Mərkəzi”nə fevral ayında 395 zəng daxil olub MƏLUMAT

6 Mart 2023- 14:12
11 “Çağrı Mərkəzi”nə fevral ayında 395 zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi” (0125997975) fevral ayı ərzində 395 zəng daxil olub.

Zəng edən vətəndaşların 100 nəfərinin müraciəti yerindəcə,digər 295 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb.

Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunmasıinsanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib

“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentlikdə görülən işlərin tərkib hissəsidir.

YOLUNUZ AÇIQ OLSUN...