Zəngilan rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı intellektual yarış keçirilib

18 Fevral 2023- 16:49
11 Zəngilan rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı intellektual yarış keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Zəngilan rayonunun Ağalı kənd orta məktəbində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən yarış Ağalı kənd orta məktəbin 5-9-cu sinif şagirdlərindən təşkil edilmiş və Zəngəzurun yaşayış məntəqələrinin adı verilmiş 6 komanda (Nüvədi, Ağbulaq, Dərələyəz, Comərdli, Baharlı və Bayandır komandaları) arasında 3 mərhələ üzrə aparılıb. 

Hər mərhələdə şagirdlərə Heydər Əliyevin həyat və yaradıcılığı, Vətən müharibəsi və işğaldan azad edilən ərazilərdə həyata keçirilən yol infrastrukturuna aid suallar verilib. 

Sonda yarış iştirakçıları və qaliblərə agentlik tərəfindən qiymətli hədiyyələr təqdim olunub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər zamanı Ağalı kənd orta məktəbinə kompüter dəstləri də hədiyyə edilib.