Zəngilan rayonunda “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib

18 Fevral 2023- 13:44
11 Zəngilan rayonunda “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib. 

Tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirdə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolu, o dövrdə ölkəmizdə yol infrastrukturunun inkişafı, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərməsi, işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə respublika ərazisində icra olunan yol infrastrukturu layihələri barədə məlumat verib.

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.