Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

14 Fevral 2023- 09:35
11 Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov fevral ayının 17-də Qobustan rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da  Qobustan rayonu Gənclər Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qobustan və Şamaxı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin  Qobustan rayonu “7 №-li Yol İstismarı”  və Şamaxı rayonu “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.