Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 10 fevral 09:00   MƏLUMAT

10 Fevral 2023- 09:33
11 Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 10 fevral 09:00  

1. “ZƏFƏR yolu”: Zəif qar yağır, 7-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

2. Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 13-22 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

3. Bakı - Quba: Yağıntı yoxdur, Qusar rayonu ərazisində yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. 

Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var.  Hazırda yolda əmələ gəlmiş buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

4. Giləzi - Xızı: Yağıntı yoxdur, Xızı rayonu ərazisində 4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  

5. Bakı-Qobustan: Zəif qar yağır, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6.Qobustan - Şamaxı - Muğanlı: Zəif qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7. Muğanlı – Ağsu - Yevlax: Zəif qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

8. Muğanlı - İsmayıllı: Zəif qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun 7-19 km hissəsində buz bağlamış hissələrə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

9. İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yolun İsmayıllı və Qəbələ rayonları ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində  güclü buzlaşma əmələ gəlmiş, bununla əlaqədar qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

10. Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta  var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11. Şəmkir - Gədəbəy: Gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 2-10 dərəcə şaxta var. Yolda buzlanma var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

12. Gəncə - Daşkəsən: Gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 7-8 dərəcə şaxta var. Hava dumanlıdır, yolda buzlanma var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

13. Ələt - Astara: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14. Masallı – Yardımlı: Yağıntı yoxdur, yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15. Lənkəran – Lerik: Lerik rayonu ərazisində qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, bununla yanaşı qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

16. Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17. Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

YOLUNUZ AÇIQ OLSUN...