Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 10 yanvar 17:00 MƏLUMAT

10 Yanvar 2023- 17:00
11 Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 10 yanvar 17:00

1 “ZƏFƏR” yolu: Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

2 Toğanalı - Kəlbəcər - İstisu: Yağıntı yoxdur, gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 5-12 dərəcə şaxta müşahidə olunur. Bununla əlaqədar buzlaşmaya qarşı yolda müvafiq tədbirlər görülür. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

3 Bakı - Quba: Marşrut üzrə yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 0-1 dərəcə şaxta var. Xınalıq yolunda zəif qar yağır, 6-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  

4 Giləzi - Xızı: Xızı rayonunun Altıağac kəndi ərazisinə zəif qar yağır, 0-1 dərəcə şaxta var. Qabaqlayıcı tədbirlər qismində, yola qum səpilib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5 Bakı-Qobustan: Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6 Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, yolun Muğanlı ərazisində 1-2  dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7 Muğanlı – Ağsu-Yevlax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

8 Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

9 İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10 Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11 Şəmkir - Gədəbəy: Hava dumanlıdır, hazırda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12 Gəncə - Daşkəsən: Hava dumanlıdır, hazırda yağıntı yoxdur. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülüb. 6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13 Ələt - Astara: Marşrut boyu sulu qar yağır şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14 Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonunda sulu qar yağır, şaxta yoxdur.

15 Lənkəran – Lerik: Lerik rayonu ərazisində zəif qar yağır, 5-6 dərəcə şaxta var. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Lənkəran rayonunda sulu qar yağır, şaxta yoxdur.

16 Bakı - Ələt – Hacıqabul - Ucar – Yevlax - Gəncə - Qazax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17 Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

YOLUNUZ AÇIQ OLSUN...