Gecə boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib VİDEO/FOTO

10 Yanvar 2023- 11:54

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışmağa davam edir.

Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm texnika cəlb edib.

Gecə boyusəhər saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz fasiləsiz hərəkəti təmin olunub

Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur.

YOLUNUZ AÇIQ OLSUN...