Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 09 yanvar 10:00 MƏLUMAT

9 Yanvar 2023- 10:19
11 Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 09 yanvar 10:00

1  “ZƏFƏR” yolu: Qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

2  Toğanalı - Kəlbəcər - İstisu: Qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

3  Bakı - Quba: Yolun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 sm qar yağmış, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

4  Giləzi - Xızı: Xızı rayonu ərazisində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb.  Yağıntı davam edir marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

5  Qobustan - Şamaxı - Muğanlı: Qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Marşrut boyu 6-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

6  Muğanlı – Ağsu-Yevlax: Qar yağır, Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Ağsu dolaylarında şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. 

7  Muğanlı - İsmayıllı: Qar yağır, 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

8  İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Qar yağır, yolun İsmayıllı - Qəbələ hissəsində buzlaşma əmələ gəlmişdir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. 5-7 dərəcə şaxta var. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda hərəkət təmin olunur.

9  Yevlax - Şəki - Qax - Zaqatala: Qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var.  Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

10  Şəmkir - Gədəbəy: Marşrut boyu qar yağır, 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

11  Gəncə - Daşkəsən: Marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

12  Ələt - Astara:  Qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

13  Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilib.  Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 

14  Lənkəran – Lerik:  Lerik rayonu ərazisində zəif qar yağır, 7-8 dərəcə şaxta var. 20 sm qar yağmış, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

15  Bakı - Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

16  Hacıqabul – Bəhramtəpə – Horadiz: Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

YOLUNUZ AÇIQ OLSUN...