Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərə MÜRACİƏT

19 Dekabr 2022- 12:33
11 Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərə

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-na keçən gecədən etibarən 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib. 

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik

YOLUNUZ AÇIQ OLSUN...