H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda hərəkətdə olarkən diqqətli olun MƏLUMAT

23 Noyabr 2022- 16:35
11 H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda hərəkətdə olarkən diqqətli olun

Respublika əhəmiyyətli H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması işləri aparılır. Sadalanan işlər noyabr ayının 26-na qədər davam etdiriləcək.

Bu müddət ərzində sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən qeyd edilən tarixədək ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.