Nərimanov rayonunda Məsud Əlizadə küçəsi təmir olunub

11 Noyabr 2022- 10:58
11 Nərimanov rayonunda Məsud Əlizadə küçəsi təmir olunub

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsinin təmiri yekunlaşıb.

Təmir çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə 1435 p/m yeni səki daşları düzülüb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünü döşənib. 

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 

Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.

YOLUNUZ AÇIQ OLSUN...