8 Noyabr - Zəfər Günüdür!

7 Noyabr 2022- 13:39

2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi əsarət altındakı torpaqlarımızın azad olunması ilə nəticələnərək tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.

Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Güclü Ordumuzun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu, sübuta yetirdik ki, Qarabağ Azərbaycandır! Zəfər bizimdir!

Tarixi yenidən yazan Vətən Müharibəsi iştirakçıları arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da var. Bu qələbəni, zəfəri bizlərə yaşadan Ordumuzla qürur duyuruq!

Vətən uğrunda canını qurban verən şəhidlərin xatirəsini ehtiramla yad edirik.