Cari ildə Nəsimi rayonu üzrə 3 km uzunluğunda küçə təmir olunub VİDEO/FOTO

3 Noyabr 2022- 10:39

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonunda ümumi uzunluğu 3 km olan 4 küçədə təmir işləri icra olunub. 

Bu çərçivədə Cəlil Məmmədquluzadə küçəsinin 1530 metrlik hissəsi, Nəsib bəy Yusifbəyli küçəsinin 350 metrlik hissəsi, uzunluğu 780 metr olan Mirəsədulla Mirqasımov 360 metr uzunluğa malik Mustafa bəy Topçubaşov küçələri əsaslı təmir edilib.

Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. 

Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.

YOLUNUZ AÇIQ OLSUN...