Tərtər və Bərdə rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

18 Oktyabr 2022- 10:53
11 Tərtər və Bərdə rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabr ayının 21-də Tərtər rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Tərtər rayonu Gənclər Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Tərtər Bərdə rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Tərtər rayonu “42 №-li Yol İstismarı” Bərdə rayonu “43 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.