Xocəsən yolunda hərəkət qismən məhdudlaşdırılır

18 May 2016- 00:00
11 Xocəsən yolunda hərəkət qismən məhdudlaşdırılır

         Xocəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar ( asfalt-beton örtüyünün dağılmış hissələrinin təmiri ) bu gündən etibarən bir-neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq ( yol bağlanmır! ).

         Sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyyə olunur.