Nəsimi rayonunda Rövşən Cəfərov küçəsi təmir edilib

11 Oktyabr 2022- 13:20
11 Nəsimi rayonunda  Rövşən Cəfərov küçəsi təmir edilib

 Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nəsimi rayonunda Rövşən Cəfərov küçəsi təmir olunub.

 Ortalama eni 9.5 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 130 kv.m səki bərpa olunub, 60 p /metr bordür yenilənib. 
 
Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənib.   
 
Təmir işləri zamanı küçədə yeni yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.
 
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 

YOLUNUZ AÇIQ OLSUN...